Millimiz Avropa çempionatında iştirak edəcək
11 noyabr 2012 01:27

Noyabrın 16-da Praqada yaşı 23-ə qədər olan idmançılar arasında cüdo üzrə Avropa çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, bu çempionatda Azərbaycan yığması da iştirak edəcək.
Çexiyada Azərbaycanı Orxan Səfərov, Əli Rzayev (hər ikisi 60 kq), Afiq Səfərli, Orxan Dünyamalıyev (hər ikisi 73 kq), Əbdülhaq Rəsullu, Tural Səfiquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (92 kq), Sain Məmmədov (100 kq) və Andrey Fatiyev (100 kq-dan çox) təmsil edəcək.
Hazırda komanda Praqada təlim-məşq toplanışındadı. Komandamız orada yerli USK klubunun idmançıları ilə birgə məşqlər keçirir. Bir sıra məşhur cüdoçuların iştirak edəcəyi çempionatda komandamızın uğurla çıxış etmək şansı yüksəkdi.