Yeni reytinq cədvəli açıqlandı, yığmamızın üzvləri irəlilədilər
10 dekabr 2012 14:38

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahını Azərbaycan millisinin üzvləri üçün uğurlu saymaq olar.
Çünki komandamız son yarışlara qatılmasa belə, millimizin aparıcı üzvlərindən yalnız Kifayət Qasımova (57 kq) geriləyib. O, 11-ci yeri 14-ə dəyişib.
Digər cüdoçumuz Elnur Məmmədli (81 kq) 1 pillə irəliləməklə yenidən ilk üçlüyə daxil olub. Olimpiya çempionumuz kimi İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova da (63 kq) rəqiblərinin geriləməsi səbəbindən müvafiq olaraq 7-ci, 17-ci və 19-cü yerə yüksəliblər.
Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımovun (100 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq 19-cu, 28-ci, 12-ci və 22-ci pillədə qərarlaşıblar.