Azərbaycan yığması Çexiyada təlim-məşq toplanışına başlayır
14 mart 2013 01:09
Cüdo üzrə Azərbaycan yığması martın 14-23-də Nimburkda (Çexiya) keçiriləcək təlim-məşq toplanışlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, kollektivin tərkibinə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi – 66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şehmad Maqomedov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi – 100 kq), Vaxtangi Bitiyev və Emil Tahirov (hər ikisi - +100 kq) daxildirlər.
Toplanışlarda qadın komandası da iştirak edəcək. Komandanın tərkibinə Ayişə Qurbanlı (48 kq), Turanə Səidi (52 kq), Kİfayət Qasımova, Şahanə Hüseynova (hər ikisi – 57 kq) və Xanım Hüseynova (63 kq) daxildirlər.
Kollektivin Macarıstan, Polşa, Rumıniya, Avstriya və bir çox başqa ölkələrin yığmaları ilə birgə məşqlər keçirəcəyi gözlənilir.