Yığmamız üçün uğursuz reytinq cədvəli
27 mart 2013 18:25

Beynəlxalq Сüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, yeni siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün növbəti dəfə uğursuz alınıb.
Cüdoçularımız ən yaxşı halda, öz mövqelərini qorumağı bacarıblar. Komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yerlərində qalıblar. Onlar yenə müvafiq olaraq, 13-cü, 18-ci, 21-ci, 19-cu, 21-ci, 15-ci və 31-ci yerləri tuturlar.
100 kiloqram çəki dərəcəsindəki təmsilçilərimiz - Elmar Qasımov və Elxan Məmmədov isə komanda yoldaşlarından fərqli olaraq geriləyiblər. Ağır çəkili idmançılarımız hərəyə 1 pillə aşağı düşməklə, müvafiq olaraq, 27-ci və 30-cu yerdə qərarlaşıblar.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.