Yığmamızın heyəti açıqlandı
29 mart 2013 00:16

Cüdo üzrə Azərbaycan yığması martın 30-31-də Samsunda keçiriləcək Qran-pri yarışlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, komandaya Orxan Səfərov (60 kq ), Nicat Şıxəlizadə, Vüqar Şirinli (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şehmad Maqomedov, Şahin Arzumanov (hər iki 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər iksi 100 kq), Emil Tahirov və Vaxtanq Bitiyev (hər ikisi 100 kq-dən yuxarı) daxildi.
Qadınların yarışında Ayişə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq), Kifayət Qasımova, Şəhanə Hüseynova (hər ikisi 57 kq) və Xanım Hüseynova (63 kq) çıxış edəcəklər.