Yığmamız Avropa Kubokunda 5 medal qazandı
1 aprel 2013 13:55

Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda mübarizə aparan milli komandamız 5 medal qazanıb.
Yarışda İlkin Babazadə (55 kq) qızıl, Rauf Xəlilov (60 kq) gümüş, Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Fəridə Həsənxanova (57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 18 yaşdan aşağı cüdoçuların mübarizə apardığı turnirdə qitənin 23 ölkəsindən 569 idmançı birincilik uğrunda mübarizə aparıb.