Millimiz Avropa çempionatına hansı heyətlə yollanır?
17 aprel 2013 17:06

Aprelin 25-də Budapeştdə kişilər arasında cüdo üzrə Avropa çempionatının açılışı olacaq. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığması da iştirak edəcək.
Ölkəmizi bu turnirdə təmsil edəcək heyətdə Vüqar Şirinli (60 kq), Nicat Şixalizade (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Səfquliyev (81 kq), Şexmad Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (100 kq-dan yuxarı) yer alıb.