Böyük dəbilqə Bakıda on altı ölkənin idmançılarını bir araya gətirəcək
18 aprel 2013 13:17

Mayın 4-5-də cüdo üzrə Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində on altı ölkənin komandaları iştirak edəcək. Azerisport.az xəbər verir ki, reytinq yarışına Kolumbiya, BƏƏ, Türkiyə, Kanada, ABŞ, Almaniya, Braziliya, Böyük Britaniya, İsveç, Finlandiya, Çexiya, Qazaxıstan, Gürcüstan, Rusiya və Fransadan kollektivlər gələcək.
Sifarişlərin qəbulu başa çatıb. Lakin ola bilsin ki, yaxın günlərdə bir sıra komandalar da Bakıya gələcəklərini təsdiq etsinlər.
Qeyd edək ki, Azərbaycanda belə səviyyədə tədbir ilk dəfə və ən azı dörd il, yəni bütün olimpiya tsikli dövründə təşkil ediləcək.