Yığmamızdan Böyük dəbilqə turnirində 3 qızıl, 1 gümüş, 3 bürünc
6 may 2013 00:37

Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparıb.
Yarışların ikinci günündə cüdoçularımız Şahin Qəhrəmanov (90 kq), və Elxan Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız Elmar Qasımov (100 kq) bürünc medala sahib olub.
Turnirin birinci günündə isə Azərbaycan milli komandasının üzvləri Nicat Şıxəlizadə (66 kq) gümüş, Hüseyn Rəhimli (73 kq) və Kifayət Qasımova (57 kq) bürünc medal qazanıblar.
Bununla da komandamız üç qızıl, bir gümüş və üç bürünc medal əldə edib.