Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı
8 may 2013 19:34

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün pis alınmayıb.
Belə ki, millimizin aparıcı üzvlərinin bəziləri bu dəfə irəliləməyə nail olublar. Hazırda reytinqdə çəkisində ən yaxşı pillədə yer alan təmsilçimiz Nicat Şıxəlizadədi (66 kq). O, Bakıda keçirilən turnirin finalında uduzsa da, 16 rəqibini qabaqlamaqla 6-cı yerə yüksəlib.
“Böyük dəbilqə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov, bürünc medal qazanmış Elmar Qasımov da mövqelərini yaxşılaşdırıblar. Onlar müvafiq olaraq, 11, 18 və 7 pillə yuxarı qalxıblar. R.Orucov və E.Məmmədov 11-ci, E.Qasımov isə 10-cu yeri tuturlar. Turnirin qalibi olan komandamızın gənc üzvü Şahin Qəhrəmanov (90 kq) isə 10-cudu.
Bu idmançılardan fərqli, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Tural Səfquliyev, Elnur Məmmədli (81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə geriləməkdə davam edirlər.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.