Ümumdünya Cüdo Federasiyasının rəsmisi Qəbələdə
8 may 2013 16:17

Azərbaycan Cüdo Federasiyasının və "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə Ümumdünya Cüdo Federasiyasının media direktoru Nikola Mesner Qəbələdə olub. Azerisport.az xəbər verir ki, Olimpiya Kompleksində "Qəbələ" cüdoçuları ilə görüşən fransalı mütəxəssis klubun idmançılarına praktiki və nəzəri təlim keçib.
Seminarda "Qəbələ"nin 50 cüdoçusundan əlavə məşqçilər heyəti də iştirak edib. Mesner Qəbələdə cüdoya maraqdan və sözügedən idman növünün inkişafından razı qaldığını bildirib.
Xatırladaq ki, Nikola Mesner dünyada cüdonun təbliğatı və təlimatı işi ilə məşğuldu. O, Azərbaycanda olduğu müddətdə Bakıda, İsmayıllıda və Qəbələdə seminarlar təşkil edib.