Yığmamız Avropa Kubokunda 2 qızıl, 3 bürünc medal qazandı
20 may 2013 13:58

Polşanın Belsko-Biala şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, cüdoçularımız üçün turnirin birinci günü uğurlu olub.
Yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı və 44 kiloqramda yarışan Leyla Əliyeva qızıl medala sahib olublar.
Rauf Xəlilov (60 kq), Hidayət Heydərov (60 kq) və Nəzakət Xəlili (52 kq) bürünc medal qazanıblar.
Turnirdə 28 ölkədən 563 cüdoçu birincilik uğrunda mübarizə aparıb.