Azərbaycan Rusiyada bir qızıl, bir bürünc medal qazandı
27 may 2013 11:52

Rusiyanın Tümen şəhərində keçirilən cüdo üzrə “World Masters” turniri başa çatıb. Azerisport.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə idmançılarımız iki medal qazanıblar.
Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə bürünc medal əldə edib.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız medal qazana bilməmişdilər.