Elxan Məmmədov dünya 3-cüsü oldu
1 iyun 2013 14:55

Bu yaxınlarda “World Masters” turnirində qalib gəlmiş Azərbaycan cüdoçusu Elxan Məmmədov (100 kq) dünya reytinqində üçüncü yerə yüksəlib. Azerisport.az xəbər verir ki, yenilənmiş təsnifata görə, həmin turnirin bürünc mükafatçısı Elmar Qasımov (100 kq) 6-cı yerdə qərarlaşıb.
Nicat Şıxəlizadə (66 kq) 9-cu, eyni çəki dərəcəsində Tərlan Kərimov isə 26-cı yerdədirlər.
İlqar Müşkiyev (60 kq) 25-ci, Rüstəm Orucov (73 kq) 10-cu, Tural Səfquliyev (81 kq) 24-cü yerdə qərarlaşınlar. Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 32-ci yerə düşüb. Şahin Qəhrəmanov (90 kq) 11-ci yerdədi.
Qadın cüdoçuların reytinqində Kifayət Qasımova (57 kq) 21-ci, Ramilə Yusubova (63 kq) 37-ci yerə sahib olublar.