Bakının futbolçusu Yunanıstan klubuna keçir
10 iyun 2013 12:11

“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski yeni iş yeri axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, onun böyük ehtimalla karyerasını Yunanıstanda davam etdirəcəyi bildirilir.
“Zolaqlılar”ın heyətdə saxlamaqda maraqlı olmadığı litvalı orta sahə oyunçusu “Ergotelis”lə danışıqlar aparır. Tərəflərin tezliklə rəsmi anlaşma imzalaması gözlənilir.
Qeyd edək ki, Litva yığmasının yarımmüdafiəçisi 2011-ci ildən “Bakı”da çıxış edirdi. Ondan öncə isə Çesnauski məhz Yunanıstanda top qovub. 2009-2010 mövsümündə “Ergotelis”in şərəfini qorumuş Çesnauski 2010-2011 mövsümünü də “Aris”də keçirmişdi.