Yeni reytinq cədvəli açıqlandı
11 iyun 2013 15:18

Beynəlxalq Сüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, son siyahı ilə müqayisədə Azərbaycan millisinin aparıcı üzvlərindən yalnız birinin mövqeyində dəyişiklik olub.
Belə ki, Ramilə Yusubova (63 kq) 1 pillədə aşağı düşərək 38-ci yerdə qərarlaşıb. İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev, Elnur Məmmədli (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) isə öz mövqelərində qalıblar. Onlar müvafiq olaraq, yenə 25-ci, 9-cu, 26-cı, 10-cu, 24-cü, 32-ci, 11-ci, 2-ci, 6-cı və 21-ci yerdədirlər.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.