22 idmançımız Parisə yollanır
13 iyun 2013 00:49

İyunun 13-dən 15-dək Parisdə veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda Azərbaycanı 22 idmançı təmsil edəcək.
Onların arasında Zülfiyyə Hüseynova (70 kq), Elçin Mayılov (60 kq), Adil Əliyev (81 kq), Tərlan Poladov (81 kq), Fərhad Rəcəbli (100 kq) və başqa tanınmış cüdoçularımız var.