Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günü üç medal qazandılar
14 iyun 2013 17:32

Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu olub.
Belə ki, veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar.
Təmsilçilərimizdən Parisdə fəxri kürsünün ən yüksək pilləsinə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qalxıblar. Xanım cüdoçumuz bütün görüşlərini ipponla bitirib.
Komandamızın heyətində Elçin Mayılov (60 kq) bürünc medal qazanıb.