Yığmamız Parisdə səkkizinci oldu
18 iyun 2013 17:15

Azərbaycanın cüdo üzrə yığma komandası Parisdə veteranlar arasında keçirilən Avropa çempionatında iki qızıl, bir gümüş, üç bürünc mükafat qazanıb. Azerisport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) final oyunlarında italiyalı Françesko Yannoni və almaniyalı Sonya Hermanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Vüqar Hüseynov da (60 kq) birinci yerə iddialı idi. Lakin həlledici döyüşdə o, Böyük Britaniyadan olan Vinfild Qrehemə uduzub. Gümüş medallara Elçin Mailov (60 kq), Müşfiq Cəfərov (66 kq), Mübariz Cəfərov (90 kq) layiq görülüblər. Komandamız ümumi hesabda səkkizinci yeri tutub.