Millinin Universiadaya gedəcək heyəti müəyyənləşdi
20 iyun 2013 11:36

İyulun 6-da Kazanda start götürəcək Dünya universiadasında çıxış edəcək cüdo üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Tatarıstan paytaxtına Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq), Orxan Dünyamalıyev (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Sain Məmmədov (90 kq), Səbuhi İbrahimov (100 kq) və Emil Tahirov (+100 kq) gedəcəklər.