Millimiz Avropa çempionatının ilk günündə beş medal qazandı
22 iyun 2013 14:44

Estoniyanın paytaxtı Tallinndə yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Yığma komandamız 40 ölkə arasında medal sayına görə ilk pillədə yer alıb.
Çempionatda Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlkin Babazadə (55 kq) gümüş, Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə bürünc medal qazanıblar.
Digər cüdoçularımız Xəzər Həsənov (50 kq) beşinci və Rauf Xəlilov (60 kq) yeddinci olublar.