Azərbaycan Estoniyada 1-ci oldu
24 iyun 2013 12:26

Estoniyanın paytaxtı Tallində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda 40 ölkədən 438 cüdoçu (180 qız, 258 oğlan) birincilik uğrunda mübarizə aparıb.
Yarışın ilk günü komandamız üçün çox uğurlu olub. Belə ki, komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) qızıl, İlkin Babazadə (55 kq) gümüş, Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) bürünc medala sahib olub.
Yarışın ikinci günü 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elnur Əhmədli komandamıza daha bir gümüş medal qazandırıb.
Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyini 6 medalla (2 qızıl, 2 gümüş və 2 bürünc) başa vurub və millimiz komanda hesabında birinci olub.