Azərbaycan təmsilçisindən qızıl medal
17 iyul 2013 00:44

Azərbaycan cüdoçusu Niderlandın Utrext şəhərində keçirilən Gənclərin Avropa Olimpiya Festivalının birinci günü qızıl medal qazanıb. Azerisport.az xəbər verir ki, Elnur Abbasov 50 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda belçikalı Yorre Vestratenə qalib gəlib.
Azərbaycan yığmasının başqa bir üzvü İlkin Babazadə də (55 kq) mükafat almağa yaxın olub. Lakin üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Elios Mantsiyə uduzub.