Avropa Kubokunda bir qızıl və iki bürünc medal!
6 avqust 2013 00:15

Almaniyanın Berlin şəhərində cüdo üzrə Gənclərin Avropa Kuboku oyunları keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizin təmsil edən 55 kq çəki dərəcəsində cüdoçumuz Mehman Sadıqov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finaladək inamla qələbələri sıralayan idmançımız həlledici görüşdə macar Akos Barta ilə üz-üzə gəlib. Bu qarşılaşmada da bacarığını nümayiş etdirən cüdoçumuz rəqibini məğlub edib və turnirin qızıl medalına yiyələnib.
Digər təmsilçilərimiz Oruc Vəlizadə (60 kq) və Məmmədəli Mehdiyev (81 kq) turnirin bürünc mükafatçıların sırasına düşüblər.
Turnirin ilk günündə mübarizəyə qoşulan qız idmançılardan Aişə Qurbanlı medalçılar sırasına düşmək şansını son anda əldən verib. Yarımfinalda məğlub olan cüdoçumuz yarışı beşinci sırada tamamlayıb.