Dünya Çempionatında bir qızıl və bir gümüş medal!
10 avqust 2013 00:28

Mayamidə (ABŞ) keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız möhtəşəm qələbələr əldə ediblər - 1 qızıl və 1 gümüş medal. Azerisport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırıb.
Qızlar arasında isə 40 kq Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub.
Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır.
İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı artıq 3-cü dəfədir ki baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu Çempionatda medal qazanır. Beləliklə, cari ilin nəticələrinə görə Dünya Çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalır.
Digər bir sevindirici xəbər isə artıq iki cüdoçumuzun 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanmasıdı.