Millimizin dünya çempionatına gedəcək yekun heyəti müəyyənləşdi
9 avqust 2013 12:33

Cüdo üzrə Azərbaycan yığma komandasının avqustun 26-da Rioda başlayacaq dünya çempionatına gedəcək heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, yalnız 60 kiloqramadək olan kateqoriya həll olunmamış qalırdı.
Yığma komandada həmin kateqoriyada yer uğrunda Vüqar Şirinli və Orxan Səfərov iddialı idilər. Baş məşqçi Peter Zayzenbaxer sonuncunu seçib.
Braziliyaya həm də İlqar Muşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Kifayət Qasımova (57 kq) gedəcəklər.