Azərbaycan DÇ-nin ilk günü bir medal qazandı
27 avqust 2013 12:48

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışda 123 ölkədən 680 cüdoçu gücünü sınayır.
Çempionatın ilk günü cüdoçularımız üçün uğurlu olub. Onlar ilk medalın sevincini yaşayıblar. Mundialda 60 kiloqram çəki dərəcəsində yarışan Orxan Səfərov çempionatı dünya üçüncüsü kimi başa vurub.
Digər idmançımız İlqar Müşkiyev (60 kq) medalsız qalsa da, ilk görüşdə ermənistanlı rəqibini, daha sonra isə argentinalı cüdoçunu məğlub etməyi bacarıb.
Çempionatın ilk gününün yekunlarına görə, Azərbaycan millisi komanda hesabında üçüncü yerdədi. Birinci yerdə Monqolustan, ikinci pillədə isə Yaponiya komandaları qərarlaşıb.