Elxan Məmmədov: Qələbə bütün Azərbaycanındı!
3 sentyabr 2013 15:07

Braziliyada keçirilən cüdo üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan yığma komandamız artıq vətənə qayıdıb. Dünya çempionu Elxan Məmmədovu hava limanında ailə üzvləri, yaxınları, dostları və jurnalistlər qarşılayıb.
Azərbaycan idmanı tarixində cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov azerisport.az-a müsahibəsində Rio-De-Janeyrodakı çıxışından, rəqiblərdən və karyerasının ən böyük qələbəsindən danışıb.
- Braziliyaya yola düşəndə özünüzə inam var idi?
- Əlbəttə, mən çox istəyirdim dünya çempionu olum. Azərbaycanda cüdo üzrə dünya çempionu yoxdu. Məhz buna görə də məqsədim yalnız qızıl medal qazanmaq idi. Sözsüz, çətin oldu. Hələ yorğunluqdan çıxmamışam. Yorğun olduğumdan çox danışa bilmirəm. Bir müddət sonra düşünəcəm və çempionatdakı çıxışımı analiz edəcəm. Bu qələbə təkcə mənim deyil, bütün xalqımızın uğurudu. Azərbaycan Cüdo Federasiyasının uğurudu.
- Hansı mərhələdə çempion olacağınıza ümidiniz artdı?
- Yarış çox çətin başladı. İlk görüş olduqda çətin oldu. Rəqib mənə 2 dəfə "yuko" fəndi işlətdi. Amma yaxşı ki, sonda qələbə mənim oldu. Bilirsiniz, getdikcə döyüşlər daha çətinləşir, amma qələbə həvəsi artırdı. Finaldakı rəqibim holland cüdoçusu çox təcrübəlidi. İlk dəqiqələrdən çox diqqətli idim. Fikirləşirdim ki, bura qədər gəlmişəm, gərək qızıl medal mənim olsun. Şükürlər olsun ki, çempion oldum.

- 31 yaşlı Elxan Məmmədov üçün çempionluq nə deməkdi?
- Karyeramın ən böyük uğuruna imza atdım. Zəhmətimin bəhrəsini gördüm. Çempion olandan sonra zirvəyə gedən yolu yadıma saldım. Qələbə qazananda bütün yorğunluq çıxır. İndi çalışmaq lazımdı qarşıdakı yarışlarda da uğurla çıxış edək. Fikrimcə, millimizin çıxışı yaxşı alındı. 1 qızıl və 1 bürünc medal müsbət nəticədi.
- Dünya çempionatı Elxan Məmmədovun həyatında nəyi dəyişdi?
- Dövlət himnimiz səslənəndə qürur hissi yaşadım. Vətəni təmsil etmək şərəflidi. Qələbə qazananda daha şərəfli olur. Dünya çempionatı məni daha məsuliyyətli edəcək. İndi artıq titullu idmançı kimi bütün rəqiblər mənə qarşı daha ciddi hazırlaşacaqlar.
- Bakıda belə qarşılanacağını gözləyirdin?
- Hava limanında özümü çempion kimi hiss etdim. İlk dəfə isə final görüşü başa çatandan sonra göz yaşlarımı saxlaya bilmədim. Qələbədən sonra ağlamaq tam başqa hisslərdi. Onda başa düşdüm ki, dünya çempionuyam. Sağ olsunlar, daim qalib gələn idmançılar yüksək səviyyədə qarşılanır. Böyük coşğu görmək sevindiricidi. Həm də məsuliyyətdi. Çünki, bu insanlar bundan sonra məndən medal gözləyəcək.
- 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak şanslarını necə qiymətləndirirsən?
- 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında iştirak edəndə medal şanslarım çox idi. Amma alınmadı. Onda bəziləri deyirdi ki, Elxan güləşə bilmir və sair. 2012-ci il London olimpiadasında da ümumiyyətlə komandamız pis çıxış etdi. "Qara zolağ"a düşmüşdük. Bu qələbəylə nəyə qadir olduğumu göstərdim. Gələn il keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaq istəyərdim. Eyni zamanda 2015-ci ildə Avropa Oyunlarında, sonra isə Braziliyadakı Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm.

- Qələbəni kimə həsr edirsən?
Qələbə bütün Azərbaycanındı. Yaxınlarım deyir final gecə saatlarında keçirilməsinə baxmayaraq hamı izləyirdi. Xalqım mənə dəstək olduğu üçün qələbə hamımıza məxsusdu.