Elxan Məmmədov gələn həftə məşqlərə başlayacaq
11 sentyabr 2013 17:37
Braziliyada keçirilən dünya çempionatında Azərbaycan idman tarixində ilk dəfə qızıl medal qazanan cüdoçumuz Elxan Məmmədov hələ istirahətdədi. Azerisport.az xəbər verir ki, baş məşqçi Peter Zayzenbaher mötəbər yarışdan sonra bütün komanda üzvlərinə istirahət verib.
Dünya çempionunun azerisport.az saytına verdiyi məlumata görə gələn həftə məşqlər bərpa olunacaq. İdmançılarımız xüsusi proqramla hazırlıq keçəcəklər.
Qeyd edək ki, hələlik Elxan Məmmədovun növbəti yarışlarda iştirak edib-etməyəcəyi məlum deyil.