Zayzenbaher: Olimpiadada hər şey Elxan Məmmədovun özündən asılıdı
13 sentyabr 2013 13:34
Cüdo üzrə millimizin baş məşqçisi Peter Zayzenbaher dünya çempionu Elxan Məmmədovun 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək şansları barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Elxan dünya çempionatında əzmkar mübarizə göstərdi. Sübut etdi ki, yaş əsas deyil. Sözsüz ki, hamı ona böyük ümid bəsləyir. Amma hər şey idmançıdan asılıdı. Gərək olimpiadaya qədər olan müddətdə məşqlərdə fasilə olmasın. Stabil çıxış etməyi davam eləsin. Hər bir şey özündən asılıdı. Məmmədovun uğurlarının davamlı olmasını hamımız istəyirik. Onun potensialı böyükdü”.