Azərbaycan cüdoçularından daha bir möhtəşəm zəfər
21 sentyabr 2013 00:17
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən cüdo üzrə Gənclər arasında Avropa Çempionatında milli yığma komandamız 2 qızıl və 2 bürünc medalla hazırda birinci pillədədi. Azerisport.az xəbər verir ki, 55 kq-da mübarizə aparan Məmmədov Davud bütün rəqiblərindən güclü olaraq qızıl, Sadığov Mehman isə bürünc medal qazanıb.
Eyni nəticələri 60 kq-da iki cüdoçumuz təkrarlayıb-Rufullayev Rəşad qızıl, Vəlizadə Oruc bürünc medala sahib olublar.
Qeyd edək ki, cüdo üzrə Gənclər arasında Avropa Çempionatında 43 ölkədən 416 cüdoçu güclərini sınayır.