Azərbaycan AÇ-də beş medalla üçüncü oldu
24 sentyabr 2013 12:47
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi çempionatı beş medalla başa vurub.
Cüdoçularımızdan Davud Məmmədov (55 kq), Rəşad Rufullayev (60 kq) qızıl, Mehman Sadıxov (55 kq), Oruc Vəlizadə (66 kq) və Məmmədli Mehdiyev (81 kq) bürünc medala sahib olublar.
Azərbaycan millisi beş medalla Avropa çempionatını üçüncü pillədə başa vurub. Rusiya millisi birinci, Gürcüstan yığması ikinci olublar.