Millimizin gənc üzvü dünyasını dəyişdi
29 sentyabr 2013 20:11
Azərbaycan idmanına və "Qəbələ" İdman Klubuna ağır itki üz verib. Azerisport.az xəbər verir ki, klubun cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.
Gənc idmançının vaxtsız vəfatı ilə əlaqədar mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə Başsağlığı verir, səbir diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN