Elnur Məmmədli karyerasını bitirdi və vitse-prezident oldu
3 oktyabr 2013 13:56

2008-ci il Pekin Olimpiadasının qalibi olan cüdoçumuz Elnur Məmmədli peşəkar idmançı karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.
Məmmədli bundan sonra Cüdo federasiyasında vitse-prezident postunda çalışacaq. O, uşaq-gənclər sektoruna nəzarət edəcək.