İlk çempion hansı klub olacaq?
10 oktyabr 2013 16:35
Oktyabrın 13-də cudo klubları arasında ölkə çempionatında növbəti görüşlər keçiriləcək. Azerisport.az saytı xəbər verir ki, 8 komandanın yarışdığı mübarizədə ilk mərhələnin bitməsinə 2 tur qalıb.
Qaydaya əsasən, qrupda ən yaxşı nəticə göstərmiş 4 kollektiv final raunduna adlayacaq. Burada xal sıralamasına müvafiq olaraq, rəqiblər çarpaz şəkildə bir-biriləri ilə qarşılaşacaqlar. Yarımfinalda üstün gələn komanda həlledici mərhələdə qalibi müəyyənləşdirəcək.
Yarımfinal və final matçı noyabrın 10-da baş tutacaq. Nəzərinizə çatdıraq ki, ilk dəfə keçirilən klub çempionatında 7 çəkidə 10 cüdoçu mübarizə aparır. Qalib kollektiv 2 xal qazanır.
5 görüşdən sonra yarış cədvəlinə 10 xalla «Attila» başçılıq edir. Sonrakı sıralama belədir: 2. “Neftçi” İSM - 8, “Qəbələ” - 6, “Kano” - 6, “Judo 2012” - 4, KKTT - 4, “Sərhədçi» - 2, “Lokomotiv” - 0.
6-cı tur
“Judo 2012” - KKTT
“Kano” - “Neftçi” İSM
“Sərhədçi” - “Lokomotiv”
“Attila” - “Qəbələ”