Füzuli Ələkbərov cüdo federasiyasında işini davam etdirəcək
23 oktyabr 2013 13:49
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Yanvar oğlu Müslümov təyin edilib.
Əvvəlki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov vəzifəsini itirib. Qeyd edək ki, Füzuli Ələkbərov eyni zamanda Azərbaycan Cüdo Federasiyasının prezidentidi. O, bu posta nazir olmamışdan əvvəl seçilib. Bu mənada Ələkbərovun federasiyadakı işini davam etdirəcəyi bildirilir. O, növbəti hesabat-seçki konfransına qədər Cüdo Federasiyasının prezidenti olacaq.