Bakı cüdo klubunu açdı
28 oktyabr 2013 14:41
Daim müxtəlif idman növlərinin inkişafına dəstək verən “Bakı” daha bir idman klubunu açıb. Azerisport.az xəbər verir ki, bundan sonra klubun cüdo bölməsi də fəaliyyət göstərəcək.
“START” İdman və Əyləncə Kompleksində işinə başlayan cüdo klubunda məşqlərə Rüstəm Alimli, Rəfael Şahverdiyev və Vüsal Cəfərov rəhbərlik edəcək.
Həftənin 2, 4 və 6-cı günləri təşkil olunan məşqlər səhər saat 09:00-dan 10:30-a, axşamlar isə 19:00-dan 20:30-a kimi baş tutacaq.