7 cüdoçumuzun reytinqi yaxşıdı
4 noyabr 2013 10:50
Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini dərc edib. Azerisport.az xəbər verir ki, IJF-in sıralamasında milli komandamızın aparıcı üzvləri müxtəlif mövqelərdə qərarlaşıblar.
Siyahıda 7 tatami ustamızın vəziyyəti çox yaxşıdı. Sentyabrda Braziliyanın Rio de Janeyro şəhərində keçirlmiş dünya çempionatında Azərbaycanın ilk qızıl medalını qazanmış Elxan Məmmədov, 100 kq-da çıxış edən cüdoçuların arasında birinciyini qoruyur. Onun 2376 xalı var.
Bu çəkidə mübarizə aparan yenə Elmar Qasımov 7-cidi (984). Şahin Qəhrəmanov (90 kq) da komanda yoldaşı ilə eyni yerdədi. Adı son çəkilən idmançının xalı nisbətən azdı - 810.
Həmin mötəbər yarışda bürünc mükafata sahib çıxmış Orxan Səfərov (60 kq) sürətlə irəliyərək, ötən 22-ci pilləyə yüksəlmişdi (481). Bu ay onu koreyalı cüdoçu bir pillə qabaqlayıb. Eyni çəkidə güləşən İlqar Müşkiyev 15-cidi (638).
Digər təmsilçilərimizdən, 66 kq-da Nicat Şıxəlizadə 2 sıra geriləyərərək 13-cü (868), 73 kq-da Rüstəm Orucov 14-cüdü (796). 81 kq-da Tural Savquliyev 7 pillə aşağı düşüb. O, 406 xalla 34-cüdü. Olimpiya çempionu Elnur Məmmədli 52-ci (242) və +100 kq-da Vaxtangi Bitiyev 72-ci (104) mövqelərində qalıblar.
Qadın cüdoçuların reytinqində ən yaxşı göstərici Kifayət Qasımovadadı (57 kq). O, 576 xalla 16-cıdı. 52 kq-da Turanə Seyidi 55-ci (170), 63 kq-da Ramilə Yusubova 66-cıdı (124).