Elmar Qasımov karyerasını davam etdirəcək
6 noyabr 2013 18:03
Cüdo üzrə milli komandamızın üzvü Elmar Qasımov karyerasını davam etdirəcək. Bu barədə məlumatı azerisport.az saytına millinin baş məşqçisi Peter Zayzenbaher verib.
Onun sözlərinə görə Qasımov psixoloji gərginlikdən sonra özünə gəlib: "Elmar yaxşı idmançıdı. Dünya çempionatında nəticə qazana bilmədiyindən psixoloji gərginlik içində idi. Çünki, onun çəkisində Elxan Məmmədov dünya çempionu oldu. Amma hazırda o, özünə gəlib. Karyerasını başa vurmaq barədə düşünmür. Elmar milli komandayla birlikdə məşqlərdə iştirak edir. Hər şey onun özündən asılıdı. Hazır olacağı təqdirdə böyük yarışlarda ölkəni təmsil edəcək".