Aparıcı cüdoçularımız özlərini yenə doğrultdular
7 noyabr 2013 16:49
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində usta cüdoçular arasında ölkə çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, dünən qadınlardan sonra, bu gün estafet kişilərə verilib.
Öncədən gözlənildiyi kimi, gərgin keçmiş tutaşmalarda qalib adını finalda son dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərovu məğlub etmiş Vüqar Şirinli (60 kq), həlledici mərhələdə London-2012-nin iştirakçısı Tərlan Kərimovu üstələyən Xidayət Heydərov (66 kq), Hüseyn Rəhimli (73 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Vaxtanq Bitiyev (+100 kq) qazanıblar.
Baş məşqçi Peter Zayzenbaher dünya çempionu Elxan Məmmədova (100 kq) istirahət verdiyi, İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) zədəli olduqları üçün, bu yarışda iştirakdan azad ediliblər.