"Millidə yeni adların olması istisna deyil"
7 noyabr 2013 17:27
Cüdo üzrə milli komandanın baş məşqçisi Peter Zayzenbaher azerisport.az saytına müsahibəsində Azərbaycan çempionatının nəticələrini şərh edib. Onun sözlərinə görə bəzi çəkilərdə yeni idmançılar yığma komandanın heyətinə cəlb olunacaq:
"İndi nəticələr barədə danışmaq çətindi. Amma ümidləri doğruldan idmançılar təlim-məşqə cəlb olunacaq. Əgər onlar ağır məşqləri yerinə yetirə bilsələr əsas komandayla qalacaqlar. Perspektivli idmançılara hər zaman qapımız açıqdı. Sadəcə cüdoçular üzərlərində çoxlu çalışmalıdı".