Ən güclü xanım cüdoçular bəlli oldu
7 noyabr 2013 00:01
Ölkəmizin cüdoçuları bir araya gələrək, ən güclüləri müəyyənləşdirirlər. Azerisport.az xəbər verir ki, dünən qadınların mübarizəsində qızıl medalçılar bəlli olub.
Gərgin rəqabətdə Aişə Qurbanlı (48 kq), Şahanə Hüseynova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq) və Ramilə Yusubova (70 kq) 1-ci yeri tutublar.