Rüstəm Orucov Sportinqi təmsil edəcək
13 noyabr 2013 12:25
Dekabrın 21-də Parisdə cüdoçular arasında Avropa çempionlar kuboku uğrunda yarış keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yarışda milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Portuqaliyanın “Sportinq” klubunun adından çıxış edəcək.
London olimpiadasının iştirakçısının hazırda dünya reytinqində 796 xalla 14-cüdür. Bu göstərici olimpiya oyunlarında iştirak hüququ verir.