Abu-Dabi Qran-Prisinin ilk günündə iki medal (FOTOLAR)
23 noyabr 2013 00:22

Birləşmiş Ərəb Əmirliklərinin payiaxtı Abu-Dabidə cüdoçular arasında qran-pri yarışı start götürüb. Azerisport.az xəbər verir ki, bu mübarizədə 35 ölkədən 236 kimino ustası iştirak edir.
Rəqabətin ilk günündə milli komandamız iki medal qazanıb. 66 kq-da çıxış edən Nicat Şıxalizadə yalnız finalda uduzub. Son dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov (60 kq) bu turnirdə də 3-cü olub.