Elxan Məmmədov: Yeni ildə də ümidləri doğrultmaq istəyirəm
19 dekabr 2013 11:11
Cüdo üzrə dünya çempionu Elxan Məmmədov yanvar ayında yığmanın heyətində təlim-məşq toplanışlarına qatılacaq. İdmançı bunu azerisport.az saytına müsahibəsində deyib:
"Hazırda fiziki hazırlıq üzərində iş gedir. Yanvardan başlayaq bizim üçün turnirlər silsiləsi start götürəcək. Bir sıra mötəbər yarışlarda iştirak etməyi nəzərdə tuturam. Dünya çempionatından sonrakı istirahətim, artıq başa çatıb. Qarşıda çətin yarışlar var, ümidləri doğrultmaq üçün işləmək lazım olduğunu yaxşı bilirəm".