Elxan Məmmədov: Yeni qələbələr qazanmağa gücüm çatacaq
24 dekabr 2013 11:00
Cüdo üzrə dünya çempionu Elxan Məmmədov azerisport.az saytına açıqlamasında 2013-cü ilin ən yaxşı idmançısı kimi mükafatlandırılmasını şərh edib: "İlin əvvəlində 2013-ün bu qədər uğurlu olacağını gözləməzdim. Medal üçün çox çalışdım və axırda istəyimə nail oldum. Dünya çempionatında qızıl medal məni yenidən həvəsləndirdi. Gərək bundan sonra daha yaxşı hazırlaşım. Karyeramın əsl vaxtı indi başlayır. Yeni qələbələr qazanmağa gücüm çatacaq".