Elnur Məmmədli: Elxandan yeni qələbələr gözləyirik
26 dekabr 2013 10:44
Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli azerisport.az saytına açıqlamasında 2013-cü ili cüdoçularımız üçün uğurlu il adlandırıb: "Cari il Elxan Məmmədovun sayəsində uğurlu mövsüm oldu. Dünya çempionatında 2 medal qazanmaqla azarkeşləri sevindirdik. Elxan dünya çempionluğundan sonra qələbələrini davam etdirə bilər. Bunun üçün gərgin məşqləri dayandırmamalıdır. Biz Elxana inanırıq və ondan yeni uğurlar gözləyirik. 2014-cü ildə də Avropa və dünya çempionatı olacaq. Komandamızın hər iki yarışda medal qazanacağına ümid edirik".