Azərbaycanlı cüdoçular Yaponiyada
27 dekabr 2013 12:12
Cüdo üzrə Azərbaycan yığması Yeni İlin əvvəlini Yaponiyada keçirəcək. Azerisport.az xəbər verir ki, komanda Tokioda yanvarın 7-dən beş günlük təlim-məşq toplanışı keçmək fikrindədir.
Hazırlığın Tokio Universitetinin bazasında keçiriləcəyi ehtimal edilir. Universitet cüdoçu yetirmələri ilə dünyada məşhurdur. Komandamızın heyətinə bütün aparıcı atletlər daxildir. Bununla yanaşı, ehtiyat komandadan da bir neçə atlet toplanışa cəlb edilib.