Cüdomuzun liderləri Yaponiya yolunda
7 yanvar 2014 00:13
Bu gün cüdo üzrə Azərbaycan yığması yeni mövsüm ərəfəsində hazırlıq məqsədilə təlim-məşq toplanışları çərçivəsində Yaponiya yollanır. Azerisport.az xəbər verir ki, Gündoğar ölkəyə səfər uzunmüddətlidir.
Qarşıdakı beş həftə ərzində komandamız Tokio Universitetinin bazasında məşq edəcək. Qeyd edək ki, bu təlim mərkəzi özünün məşhur cüdoçuları ilə dünyada tanınır.
Atletlərimizin yapon idman ustaları ilə yoxlama görüşləri keçirəcəyi ehtimal olunur. İdmançılarımız toplanış müddətində fiziki göstəricilərini yaxşılaşdırmaq istiqamətçində çalışmalar üzərində işləyəcək. Komandamızın heyətinə yığmanın demək olar ki, bütün liderləri, o cümlədən, dünya çempionu Elxan Məmmədov (100 kq) və dünya birinciliyinin bürünc mükafatçısı Orxan Səfərov (60 kq) qoşulub.