Elnur Məmmədli: Hacıəhmədovun millidə baş məşqçi olmasına sevinərəm
14 fevral 2014 17:44
Cüdo üzrə olimpiya, ikiqat Avropa çempionu, Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli azerisport.az saytına açıqlamasında milli komandada baş məşqçi dəyişikliyini şərh edib:
"Peter Zayzenbaherlə qarşılıqlı razılıq əldə etmək mümkün olmadı. Buna görə müqavilə artırılmadı. Hazırda yığma komandanın baş məşqçi postuna namizədlər müzakirə olunur. Yaxın həftələrdə baş məşqçinin adı açıqlanacaq. Hacıağa Hacıəhmədov o siyahıda ön sıralardadır. Onun milli baş məşqçi olmasına yalnız sevinərəm. Uzun illər yığmada baş məşqçinin köməkçisi, gənclərdən ibarət komandada baş məşqçi kimi çalışıb. Böyük təcrübəyə malikdir. Cüdomuzun potensialına bələd olan mütəxəssisdir".